Yuxarı

Londonda şəriət dövlətini dəstəkləyən aksiya - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Londonda şəriət dövlətini dəstəkləyən aksiya - Video

Dünən Londonda toplaşan müsəlmanlar İraq Şam İslam Dövlətini (İŞİD) dəstəklədiklərini bəyan ediblər.

"Axar.az" İngiltərə mətbuatına istinadən xəbər verir ki, Londonda toplaşan müsəlmanlar İŞİD terror təşkilatını dəstəklədiklərini bəyan edərək aksiya keçiriblər. Müsəlmanlar həmçinin Xilafətin devrilməsinin 90-cı ildönümünü də qeyd ediblər. Aksiyada nitq söyləyən Şeyx Ancəm Çudari bunları deyib:

"Rəsmi olaraq Xilafətin devrilməsinin 90-cı ildönümünüdür. Xliafət dövləti peyğəmbərimiz Hz. Məhəmmədin vaxtında quruldu, ancaq 1300 il sonra Mustafa Kamal Atatürk tərəfindən ingilislərin və fransızların köməkliyi ilə 3 mart 1924-cü ildə rəsmi olaraq devrildi.

Bu gün müsəlmanların təxminən 55 fərqli ölkəyə bölündüyünü görürük. Bu ölkələrin heç biri şəriət qayda-qanunları ilə idarə olunmur. Bu gün dövlətlərin başında müsəlmanları alçaldan, alimləri həbs edən, mücahidləri yaxalayıb kafirləri azad edən zalım diktatorlar var".

Tarix
2014.03.05 / 10:48
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla