Yuxarı

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

Kreml internetdə qalan son “boşluqları” (Teleqramın bağlanması – red.) da qapatmağa başlayıb. Çünki rəhbərlik Ukraynadakı müharibə bitəndən sonra sərt tədbirlər olmasa, Rusiyada böyük narazılıq yarana biləcəyindən qorxur. Hətta bu, vaxtilə SSRİ-nin Əfqanıstandan uğursuz çıxışından sonra baş verənlərə bənzəyə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Röyters”də yayımlanan məqalədə deyilir.

Nəşr bildirir ki, ofis işçiləri bloklanmış internetə görə çətinlik yaşayır, yeniyetmələr tez-tez VPN dəyişir, taksi sürücüləri isə onlayn naviqasiya olmadan Moskvada ünvanı tapmağa çalışır.

Həmçinin qeyd olunur ki, məşhur sosial şəbəkələrin çoxu bloklanıb və Moskva ilə birlikdə digər böyük şəhərlərdə mobil internet tez-tez uzun müddətlik kəsilir. Kreml isə səbəb olaraq iddia edir ki, həm Qərb şirkətləri ölkə ilə əməkdaşlıq etmir, həm də internetin kəsilməsi Ukrayna dronlarının Rusiya daxilində hədəflərə zərbə vurmasına mane olur.

“Röyters”ə danışan anonim diplomatlar isə vurğulayır ki, bunların hamısı əhali üzərində nəzarəti artırmaq planının bir hissəsidir. Diplomatların fikrincə, müharibə uzandıqca, insanların hakimiyyətə dəstəyi azalır. Bu səbəblə də müharibə bitəndə mümkün etirazlara hazırlaşırlar.

Tarix
2026.03.21 / 08:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Ermənistan və Qırğızıstan Göyçə gölü ilə bağlı sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla