Yuxarı

BƏƏ Fransaya 3,5 milyard avro ödəməkdən imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
BƏƏ Fransaya 3,5 milyard avro ödəməkdən imtina etdi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) əməkdaşlıq şərtlərindən narazı qaldığı üçün Fransanın modernləşdirilmiş “Rafale F5” qırıcı təyyarəsinin inkişaf proqramında iştirakdan imtina edib.

Axar.az xəbər verir ki, bu barədə “La Tribune” qəzeti məlumat yayıb.

Məlumata görə, Fransa tərəfi qırıcı təyyarələrin modernləşdirilməsi proqramında iştirak üçün BƏƏ-yə 5 milyard avroluq layihədə 3,5 milyard avro həcmində maliyyə öhdəliyi təklif edib. Əmirliklər daha dərin texnoloji əməkdaşlığa ümid etsə də, Fransa xüsusilə optoelektron sistemlər sahəsində texnologiyaların paylaşılmasına razı olmayıb. Bu səbəbdən BƏƏ tərəfi Fransanı əməkdaşlıqda qeyri-konstruktiv yanaşmada ittiham edib.

Məlumatda bildirilir ki, Fransa Prezidenti Emmanuel Makronun 2025-ci ilin dekabrında Əbu-Dabiyə səfəri zamanı fikir ayrılıqlarını aradan qaldırmaq cəhdləri uğursuz olub. Onun BƏƏ Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyan ilə görüşünün gərgin keçdiyi qeyd olunur. Nəticədə, BƏƏ adekvat qarşılıq almadan layihəyə vəsait ayırmaqdan imtina edib.

Tarix
2026.04.03 / 01:47
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla