Yuxarı

Putin və Paşinyan görüşündən maraqlı anlar...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin və Paşinyan görüşündən maraqlı anlar...

Rusiyalı jurnalist Pavel Zarubin Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinin görüşündən əvvəl yaddaqalan bir sıra məqamları dərc edib.

Axar.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında məlumat yayıb.

Həmçinin jurnalist danışıqlara öz münasibətini bildirib:

"Kortejdə həmişə təcili yardım maşını olur, lakin həmin gün bu nəqliyyat vasitələri istər-istəməz həmişəkindən daha çox diqqəti cəlb edirdi".

Jurnalistin sözlərinə görə, görüşdən əvvəl də müəyyən gərginlik hiss olunub.

Zarubin daha sonra Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrov arasında qısa fikir mübadiləsinə diqqət çəkir, burada “Avropa Birliyi?” qısa sualı səslənir.

"Ermənistan rəhbərliyi uzun müddətdir ki, ölkəni AB-yə aparmaq niyyətində olduğunu açıq şəkildə bəyan edir və təbii ki, jurnalistlərə, eləcə də hər iki ölkənin milyonlarla sakininə Nikol Paşinyanın bunu necə təsəvvür etməsi maraqlandırır. Axı Ermənistan Aİİ-nin üzvüdür", - jurnalist reportajında vurğulayıb.

Zarubin daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın Putinlə söhbəti zamanı qələm və bloknotdan istifadə etməsinə diqqət çəkir:

"Blaknot və qələmi əlinə aldı. Eşitdiklərindən bəzən təəccüblənirmiş kimi hər şeyi yazmağa başladı".

Onun sözlərinə görə, belə görüşlər ictimaiyyət üçün adətən çox quru və protokol müstəvisində gedir və buna hər kəs öyrəşib, lakin bu dəfə bütün problemli məsələlər bir-birinin ardınca birbaşa qaldırılıb:

"Deyəsən, bütün qeydlər tamamlanıb, lakin bir neçə saniyə sonra Putin davam etdiyi üçün Paşinyan yenidən bloknotuna əlini uzadıb".

Tarix
2026.04.06 / 00:18
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla