Yuxarı

Gənclər buna görə evlənmək istəmir - Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənclər buna görə evlənmək istəmir - Ekspert

Son vaxtlar Azərbaycanda toylar öz mahiyyətindən uzaqlaşıb, daha çox dəbdəbə və şouya çevrilib. Bu isə həm maddi, həm mənəvi, həm də psixoloji baxımdan insanlara və cəmiyyətə mənfi təsir göstərir. Dünyanın bir çox sivil ölkəsində toylar 50–60 nəfərin iştirakı ilə sadə formada keçirilir.

Bu sözləri Axar.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı toyların dəbdəbəli keçirilməsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, toyun mahiyyəti ailə qurulmasının qeyd olunmasıdır:

“Toy şou və ya konsert deyil, dəbdəbə və zənginlik nümayişi və ya insanları borc və kreditə salan mərasim də olmamalıdır. Gənclər yüksək toy xərclərini ödəyə bilmədikləri üçün evliliyi təxirə salmaq məcburiyyətində qalır. Buna görə də sadə və az xərcli toylar keçirilməlidir, çünki toy mənəvi dəyərlər üzərində qurulmalıdır. Bu mərasim pul xərcləmə yarışı və ya göstərişə çevrilməməlidir, əks halda bu yanaşma həm ailələrin qurulmasında, həm də maddi vəziyyətdə ciddi problemlər yaradır. Bu səbəbdən toylar yalnız nikahın rəsmiləşməsi və ailə qurulmasının qeyd olunması kimi, ən yaxın insanların iştirakı ilə — oğlan və qız tərəfdən ümumilikdə 50–60 nəfərdən çox olmamaq şərti ilə keçirilməlidir”.

Sosioloq vurğulayıb ki, yaxın qohumların, bir neçə dostun, qonşunun və iş yoldaşının iştirakı ilə sadə toyların keçirilməsi daha məqsədəuyğun olar. Belə mərasimlərdə artıq və lazımsız xərclər, “şou” və pul tələləri yığışdırılmalı, nikahın rəsmiləşməsi, təbriklər, sadə süfrə və bir az musiqi-rəqs kifayət etməlidir, çünki toya yazılan pullar da çox vaxt yeni ailəyə dəstək yox, müxtəlif xidmət sahiblərinin qazancına çevrilir.

Elçin Bayramlı qeyd edib ki, Azərbaycan toylarının ənənəvi forması əslində sadə olub:

“Ailənin qurulması yaxın insanların iştirakı ilə keçirilən bir mərasim idi, buna görə də son 20–30 ildə formalaşan bu şou və biznes xarakterli modeldən imtina edərək ənənəvi və sadə qaydalara qayıtmaq daha düzgün olar”.

Tarix
2026.05.20 / 23:13
Müəllif
Aytac Əliyeva
Digər xəbərlər

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

Çavuşoğlundan Bakıda mesaj: Müharibənin bitməsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla