Yuxarı

Rusiya ilə alınmasa, alternativ tapacağıq - Mirzoyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ilə alınmasa, alternativ tapacağıq - Mirzoyan

Ermənistan rusiyalı tərəfdaşları ilə Türkiyə sərhədinə dəmir yolu çəkmək üçün danışıqlar aparır, lakin razılığa gəlinməsə, başqa bir həll yolu tapmağa hazırdır.

Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Ermənistanın Şərq və Qərb arasında ticarət dövriyyəsinin alternativ zəncirinə çevrilmək üçün tarixi bir fürsəti var. Sözügedən ticarət dövriyyəsi bu və ya digər şəkildə baş verəcək və mühüm bir mərkəzə çevrilmək üçün tarixi fürsəti əldən verməyəcəyik. Buna görə də bu məsələ həll olunmalıdır. Gümrü-Qars yolunun işləməməsi səbəbindən mövcud olmayan dəmir yolu hissəsi tikilməlidir. Hazırda rusiyalı həmkarlarımızla danışırıq: əgər bunu onlarla birlikdə qura bilsək, işləyəcəyik, yox, qura bilməsək, başqa bir həll yolu tapacağıq, amma bu məsələ həll olunmalıdır”, - o bildirib.

Tarix
2026.05.25 / 15:35
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə şəxsi söhbətlər zamanı…

Ərdoğan sabah Şuşaya gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla