Yuxarı

ABŞ “Manas”da fəaliyyətini dayandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Bişkekin "Manas" aeroportundakı Tranzit Daşımaları Mərkəzi fəaliyyətini dayandırıb.

Amerika Birləşmiş Ştatlarının Bişkekin "Manas" Beynəlxalq aeroportunda məskunlaşmış Tranzit Daşımaları Mərkəzi (TDM) missiyasını başa çatdırıb.

Bunu mərkəzin rəhbəri Con Millard Bişkekdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, "Manas" aeroportunda məskunlaşmış TDM-in Əfqanıstana göndərilməsi və bu ölkədən hərbçilərin çıxarılması missiyası başa çatıb. TDM-in artıq 250-dən artıq çadırı sökülüb, ərazi səliqəyə salınıb. TDM-in daşınmaz əmlakı-əsgərlərin yaşadığı 20 yataqxana binası mebel və digər əşyalarla birlikdə Qırğızıstan tərəfinə keçəcək. Nəqliyyat və avadanlıq, yeni yanğınsöndürmə stansiyası, idman salonu, altı anbar binası və yeməkxana da bu ölkəyə təhvil veriləcək.

Xatırladırıq ki, ötən ilin yayında Qırğızıstan parlamenti - Joqorku Keneş Qırğızıstan hökuməti ilə ABŞ arasında "Manas" Beynəlxalq aeroportundakı TDM-ə dair imzalanmış sazişin ləğv olunması haqqında qanun layihəsini təsdiq etmiş, Prezident Almazbek Atambayev sənədi imzalamışdı. (AzərTac)

Tarix
2014.03.07 / 20:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla