Kupman Azərbaycana gəlir
19:19
Ana səhifə Planet |
İsrailin Baş naziri Benyamin Netanyahu sabiq prezident Şimon Peresin vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayıb.
Axar.az xəbər verir ki, nazirlikdən yayılan açıqlamada Baş nazir Netanyahu və xanımı Saranın sabiq prezidentin vəfatına görə dərin üzüntü duyduğu yazılıb.
Bundan başqa, Netanyahu Tvitter sosial şəbəkəsində də açıqlama yayaraq başsağlığı verib:
"Şimon həyatını xalqımızın müstəqilliyinə həsr etdi, daim gələcəyə baxdı. Təhlükəsizlik əməkdaşı kimi bəzilərimizin bu gün də bilmədiyi işləri həyata keçirdi. Sülhsevər olaraq, qonşu ölkələrlə uyğunlaşmağımız, övladlarımıza daha gözəl bir gələcək qurmağımız üçün son gününə qədər çalışdı".
Qeyd edək ki, İsrailin sabiq prezidenti Şimon Peres bu gecə 93 yaşında vəfat edib.
Tarix
2016.09.28 / 14:34
|
Müəllif
Aqşin Evrən
|