Yuxarı

Ukrayna AB üçün qurban verməlidir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Avropa İttifaqı (Aİ) ilə assosiativ saziş imzaladıqdan sonra müəyyən qurbanlara, xüsusilə, elektrik enerjisi tariflərinin kəskin artırılmasına getməlidir.

Bu barədə Çexiya prezidenti Miloş Zeman bildirib.

"Əgər Ukrayna Avropaya öz mənsubiyyətini həqiqətən hiss edirsə, onda o, birləşmə nəticəsində ilk 5-10 il ərzində müəyyən qurbanlara getməlidir", - Çexiyanın ÇTK agentliyi Zemanın sözlərindən sitat gətirib.

"Əgər Avropa Birliyi Ukraynaya indi yardım göstərərsə, onda yardım "qara dəliyə", oliqarxların cibinə düşəcək. Əgər yardım azad seçkilərdən sonra ayrılacaq, o çox sərt şərtlərlə verilməlidir ", - Zeman deyib.

Bundan öncə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu deyib ki, Kiyev Beynəlxalq Valyuta Fondu ilə saziş imzalasa Avropa Komissiyası Ukraynaya 11 milyard avro məbləğində maliyyə yardımı göstərməyə hazırdır.

Çexiya rəhbərinin fikrincə, Ukraynada seçkilər ATƏT-in nəzarəti altında keçirilməlidir. Rəsmi Praqa bu halda öz müşahidəçilərini ora göndərəcək. Əks halda, Zemanın fikrincə, seçkilərin saxtalaşdırılması ehtimalı istisna olunmur. (Trend)

Tarix
2014.03.08 / 21:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla