Yuxarı

Erməni rejissor Sərkisyana: "Siz artıq ölüsünüz..."

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sərkisyanın təyin etdiyi yeni hökumətin ölkənin düşdüyü ağır situasiyadan qurtara bilməyəcəyini deyən insanlardan biri də rejissor Hrant Vardanyandır.

Axar.az Haqqin.az-a istinadla xəbər verir ki, rejissor öz Feysbuk səhifəsində Sərkisyan hökuməti haqqında ürək sözlərini paylaşıb:

"Moskvadan Karen Karapetyan olmasın, kim gəlirsə gəlsin, hətta Vladimir Putin özü baş nazir olmağa razılıq versə belə, yenə də qurtula bilməyəcəksiniz. Hətta Putini "Papa" deyə taclandırmağınız sizi xilas edə bilməyəcək. Hətta sizin 100 belə "İsgəndər"iniz olsa və siz onları imarətlərinizdə saxlasanız belə, yenə də uduzursunuz. Çünki siz uduzaraq gəlmisiniz, hətta uduzaraq dünyaya gəlmisiniz və bu cür də gedəcəksiniz.

Sizin çekist ədalı və meşşansayağı dar düşüncəli və bolşevik həyasızlığı ilə qatarınız artıq gedib. Hətta relsləri də sökülüb. Siz hamınız bir nəfərə kimi keçmişin qalıqları, ölməklərinə inanmadıqları üçün bu dünyadan köçmək istəməyən ölü ruhlarsınız.

Sizlərdən ötrü özünüz kimi meyid vəziyyətində olan Moskvadan xüsusi reanimatoloqlardan ibarət xüsusi qrup göndəriblər ki, burada rus ağalarınızın ölkəni dağıtmaqla bağlı planını yerinə yetirmək mümkün olsun.

Yadda saxlayın, siz artıq yoxsunuz, sizin yerinizə isə talan etdiyniz pullar danışır, lakin bu da əbədi deyil.

Hələ bu vaxtə qədər külə dönüb özündən sonra hətta adındakı bir hərfi belə qoymayaraq yola salınan və gedən olmayıb. Lakin tezliklə gələnlər bir vaxtlar sizin qızıl, bolşevik dədələrinizə etdikləri kimi, sizin adınızı yox edəcəklər ki, ölkə tarixində rəzil səhifələrdən biri silinsin...".

Tarix
2016.10.01 / 22:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla