Yuxarı

Hörmüzdə iki gəmi vuruldu: ölən var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hörmüzdə iki gəmi vuruldu: ölən var

"Mombasa" və "Əl-Bəhiyə" tankerləri Omanın ərazi sularında (Hörmüz boğazının cənub keçidində) İranın iki pilotsuz raketi tərəfindən hücuma məruz qalıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi X hesabında məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində "Mombasa" tankerinin bir heyət üzvü - Hindistan vətəndaşı həyatını itirib. Eyni zamanda, dördü ağır olmaqla, ümumilikdə səkkiz nəfər yaralanıb (onlardan altısı Hindistan, ikisi isə Ukrayna vətəndaşıdır).

Hər iki gəmidə baş verən yanğın nəticəsində tankerlərə maddi ziyan dəyib. Lakin təxirəsalınmaz tədbirlər sayəsində hər iki gəmidəki yanğın tam söndürülüb.

Əmirliyin Müdafiə Nazirliyi bəyan edib ki, istənilən təhdidlərə qarşı mübarizə aparmaq üçün tam döyüş hazırlığı vəziyyətindədir. Dövlətin təhlükəsizliyini və onun sabitliyini pozmağa yönəlmiş hər hansı bir cəhdin qarşısını qətiyyətlə almaq üçün bütün zəruri addımlar atılır.

Qeyd edək ki, bundan öncə Hörmüz boğazında bir neçə gəminin atəşə tutulduğu ilə bağlı məlumatlar yayılmışdı.

Tarix
2026.07.14 / 10:32
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər Şuşada mətbuata bəyanatlarla çıxış etdilər

İlham Əliyev Makronu təbrik etdi

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Prezidentlərin təkbətək görüşü oldu

Prezident Peter Pelleqrinini Şuşada qarşıladı

Münaqişələr həm də informasiya məkanında aparılır - Hacıyev

Bu gün Polad Həşimovun şəhid olmasından 6 il ötür

Bu il Ağdama nə qədər adam köçürüləcək?

DİM-dən bu iddialarla bağlı açıqlama

Slovakiya prezidenti Füzuliyə gəldi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla