Yuxarı

ABŞ İrana daha bir zərbə dalğasını başa çatdırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ İrana daha bir zərbə dalğasını başa çatdırdı

01:34

ABŞ İrandakı hədəflərə qarşı yeni hücum dalğasına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Qeyd olunub ki, Ali Baş Komandanın göstərişi ilə ardıcıl üçüncü gecə İrana zərbələr endirilməsinə başlanılıb:

“Bu zərbələr İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum etmək qabiliyyətini azaldacaq”.

***

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) hərbçiləri İrana daha bir zərbə dalğasını başa çatdırıb.

Bu barədə ordunun Mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, beş saatlıq müddət ərzində CENTCOM İranın kommersiya gəmiçiliyinə zərbə endirmək imkanlarını daha da azaltmaq üçün Buşehr, Çabahar, Cask, Konarak, Əbu-Musa adası və Bəndər-Abbasa zərbələr endirib.

Əməliyyat zamanı CENTCOM İranın sahil müdafiə sistemlərinə, raket və pilotsuz uçuş aparatlarına və dəniz infrastrukturuna qarşı dəqiq idarə olunan sursatlardan istifadə edib.

Hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi yerləşdirilib. CENTCOM bildirib ki, Amerika qüvvələri yüksək döyüş hazırlığı səviyyəsini qoruyur və təyin olunmuş tapşırıqları yerinə yetirməyə hazırdır.

Tarix
2026.07.14 / 09:12
Müəllif
Axar.az
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla