Yuxarı

Kral qızları 13 ildir məhbus həyatı yaşayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı kralı Abdullahın dörd qızı 13 ildir sarayda əsir tutulur.

"Axar.az" xəbər verir ki, kralın qızları bu səbəblə BMT-dən kömək istəyib.

Kral Abdullah Bin Əbdüləziz əl Saudun (89) qızları atalarının Ciddedeki sarayında zorla saxlanılırlar. Şahzadə Sahar (42) və Şahzadə Jaşahir (38) e-poçt vasitəsilə İngiltərənin "Sunday Times" qəzetinə bu haqda məlumat veriblər.

Şahzadələrin dediklərinə görə, digər bacıları Maha (41) və Hala (39) da saray ərazisində olan başqa bir villada əsirdir. Şahzadələrin qaldıqları villalarının qapısında 24 saat boyunca təhlükəsizlik işçiləri qarovul çəkir. Çölə çıxmaları qadağan olduğu kimi, kiminləsə görüşmələri də qadağandır. Öz qardaşları olmayan şahzadələr kralın başqa qadından olan üç oğlunun nəzarətindədir.

Əsarət altında yaşayan qadınlar bundan öncə kübar həyat yaşayıblar. Ev həbsinə səbəb isə şahzadələrin 1990-cı ildə anaları olmadan İtaliya və Yunanıstana tətilə getmələri olub.

Səbəb təkcə bu deyil. Onlar avtomobil istifadə etməkdə də günahlandırılırlar. Bacılardan birinin evdə siyasi çıxışlar etməsi də ailəni narahat edir və bununla da narkotik asılılığı bəhanəsilə qızlar 1998-ci ildə Riyad qadınlar həbsxanasına atlır. Ev məhbuslıuğu isə bundan sonra başlayır.

Tarix
2014.03.10 / 11:21
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla