Yuxarı

Türkiyə şirkəti Ukraynanı məhkəməyə verir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə şirkəti Ukraynanı məhkəməyə verir

Daha öncə hücuma məruz qalmış Türkiyəyə məxsus "MV Reyhan Sari" quru yük gəmisinin sahibləri Ukraynaya qarşı Beynəlxalq Cinayət Məhkəməsinə iddia ilə müraciət etmək qərarına gəliblər.

Axar.az xəbər verir ki, bu barədə "HaberDenizde.com" məlumat yayıb.

"İnsident iyulun sonunda baş verib. Rusiyanın Taman limanından Trabzon şəhərinə kömür daşıyan Türkiyəyə məxsus "MV Reyhan Sari" quru yük gəmisi Novorossisk sahilləri yaxınlığında dron hücumuna məruz qalıb. Hadisə qurbansız ötüşməyib. Hazırda quru yük gəmisinin sahibi olan Türkiyənin "T ve O Denizcilik" şirkəti, eləcə də ekipajın 15 üzvü baş vermiş hadisə ilə bağlı Haaqadakı məhkəməyə iddia ərizəsi verməyə hazırlaşır. Müraciətdə qeyd olunur ki, beynəlxalq hüququn normalarına əsasən mülki ticarət gəmiləri qorunan obyektlər hesab edilir və onlara qarşı hücum yolverilməzdir. Beynəlxalq instansiyada iddiaçıların hüquqi təmsilçiliyini "Memişoğlu Kurun" hüquq şirkəti həyata keçirəcək",- məlumatda deyilib.

Qeyd edək ki, Türkiyə quru yük gəmisinə PUA hücumu nəticəsində ekipaj üzvlərindən biri həyatını itirmiş, daha üç nəfər xəsarət almışdı. Hücum zamanı gəminin özünə də ciddi maddi ziyan dəymişdi.

Tarix
2026.08.09 / 19:40
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla