Yuxarı

Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?

Latviya Prezidenti Edqars Rinkeviçs NATO qırıcılarının ölkə ərazisində pilotsuz uçuş aparatını vurmasından sonra məzuniyyətini yarımçıq dayandırıb.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, məlumata görə, dövlət başçısının avqustun 15-də vəzifəyə başladığı vaxtdan ilk dəfə xalqa müraciət etməsi planlaşdırılır.

Xatırladaq ki, avqustun 14-də səhər saatlarında Baltikyanı ölkələrin hava məkanının patrulunu həyata keçirən NATO missiyasının qırıcıları pilotsuz uçuş aparatını vurub. PUA meşəlik ərazidə məhv edilib, hadisə nəticəsində heç kim xəsarət almayıb.

Latviya hərbçiləri vurulan PUA-nın xarici mənşəli olduğunu bildirir və onun Rusiya hava hücumundan müdafiə sistemlərinin radioelektron maneələri səbəbindən Latviya hava məkanına daxil ola biləcəyini ehtimal edirlər. Hərbçilər daha əvvəl Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətdə bu cür insidentlərin baş verə biləcəyini açıqlayıblar.

PUA-lar daha əvvəl də bir neçə dəfə Latviya hava məkanına daxil olub. Mayın əvvəlində pilotsuz uçuş aparatı Rezekne şəhərində neft bazasının ərazisinə düşüb. Həmin vaxt rezervuarlar boş olub.

İyunda isə Fransa Hərbi Hava Qüvvələrinə məxsus NATO qırıcıları Rezekne və Karsava şəhərləri arasında PUA-nı vurub. Hazırda onun qalıqlarının axtarışı davam edir.

Tarix
2026.08.14 / 21:03
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla