Yuxarı

Abadi təsir altına düşüb – Türkiyədən ismarış

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Başikada varlığı qanunsuz deyil. Nə qədər ki, Başikada bizə ehtiyac var, oradan çıxmayacağıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin köməkçisi Numan Qurtulmuş Başika hərbi düşərgəsinə görə İraqla aralarında yaranan gərginliklə bağlı deyib.

"Beynəlxalq ictimaiyyət və İraq hökuməti İŞİD-lə həqiqətən də mübarizə aparırsa, hazırda ən mühüm məsələ Mosulun xilası olmalıdır. Türkiyə də məhz Mosula, bu şəhərin əhalisinə dəstək vermək üçün oradadır. İraqın baş naziri başqalarının təsiri altında qalıb, ona görə də siyasətdən danışa bilmir. Əgər siz oraya başqa bir terror qruplaşmasını çağırsanız, İraqda sülhə nail olmaq mümkünsüz hal alacaq. Eyni zamanda, Mosul problemi də həllini tapmayacaq. Məzhəb savaşının nə sünnilərə, nə də şiələrə faydası var. İmperializm hədəfləri olan ölkələr Orta Şərqdə məzhəb savaşı başladıb, buranı parçalamağa çalışır", - deyə baş nazirin köməkçisi çıxışında bildirib.

Qeyd edək ki, İraqın Baş naziri Heydər Abadi Başika böhranına münasibət bildirərkən, Türkiyənin bölgədə ərazi iddialarına əl atacağından ehtiyat etdiyini deyib.

Tarix
2016.10.12 / 14:31
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla