Yuxarı

Türkiyə Rusiyanın kəşfiyyat sektoruna qoşuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Ankara Rusiya, Suriya, İraq və İranın da yer aldığı kəşfiyyat sektoruna qoşulub.

Axar.az xəbər verir ki, bunu Rusiya Rusiya Dövlət Dumasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbər müavini Frants Klintseviç deyib.

"Maraq doğuran gizli danışıqları, radarlardan əldə edilən informasiyaları və təsviri kəşfiyyat məlumatlarını türklərə ötürürük. Qarşılığında onlar da bizimlə lazımi xəbərləri bölüşür. Türklərin xüsusi xidmətləri orqanlarının və kəşfiyyat şəbəkəsinin Suriyada ciddi təsiri var", - Klintseviç bildirib.

Rusiya rəsmisi 15 iyul hadisələrindən sonra iki ölkə arasında əlaqələrin gücləndiyini vurğulayıb:

"Türkiyə bir NATO ölkəsi olsa da, Ankara qiyam cəhdinin arxasında bəzi Qərb dövlətlərinin ola biləcəyindən narahat idi. Türkiyə hökuməti Rusiya ilə razılığa gələcəyini anladı".

Qeyd edək ki, ötən həftə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutmuşdu. Əlaqə zamanı əldə olunan razılıqdan sonra Rusiya Türkiyəyə Hələbin şimalında əməliyyat keçirməsi üçün kəşfiyyat məlumatları verməyə başlayıb.

Tarix
2016.10.24 / 22:52
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla