Yuxarı

ABŞ-ın sui-qəsd ordusu Mosula girdi - Qorxunc JSOC

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə naziri Eşton Karter gizli sui-qəsd ordusu JSOC-un (ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı) Mosula göndərildiyini açıqlayıb.

Axar.az xəbər verir ki, birbaşa Ağ Evdən əmr alan xüsusi təyinatlılar Mosulda vacib əməliyyatlar həyata keçirəcək.

Xüsusi hazırlanmış qrupların Rakka əməliyyatlarına da qatılacağı gözlənilir.

25 min nəfərdən ibarət olan JSOC ABŞ prezidentinin əmri ilə dünya miqyasında sui-qəsd, gizli işgəncə və adam qaçırma əməliyyatları həyata keçirir.

11 Sentyabr hadisələrindən sonra JSOC-un İraq və Suriyada bəzi yerli qüvvələrə təlim keçdiyi bildirilir.

Qeyd edək ki, JSOC qəddarlığı ilə Mərkəzi Kəşfiyyat İdarəsini (CİA) xeyli geridə qoyub. Son 10 ildə ordunun minlərlə insanı qətlə yetirdiyi təxmin edilir. Təkcə Əfqanıstanda 2008-ci ildə 550 əməliyyat zamanı 1000 nəfər öldürülüb. 2009-cu ildə 464 əməliyyatda 500 nəfər aradan götürülüb.

İraqda 2005-ci ildən bəri JSOC 500 əməliyyat təşkil edib.

JSOC-un adı açıqlanmayan rəsmisi ABŞ mətbuatına verdiyi müsahibədə "Qaranlıq məsələyik. Dünyanı idarə edən güc bizik, amma görünmürük. MKİ-nin bizim etdiklərimizi təkrarlamağa gücü və icazəsi yoxdur", - deyib.

Tarix
2016.10.28 / 10:17
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla