Yuxarı

Bağdadı Ankaraya qarşı çıxaran səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və İsrail kimi ölkələr hər mövzuda anlaşa bilməzlər.

Axar.az xəbər verir ki, bunu "Habertürk" qəzetinə açıqlamasında İsrail Xarici İşlər Nazirliyi direktorluğunun keçmiş rəhbəri Dore Qold söyləyib. Onun sözlərinə görə, iki ölkəni bir-biriylə işləməyə məcbur edən əsas məsələlər terrorla mübarizə, regionun sabitliyini qorumaqdır:

"İranın bölgədə artan fəaliyyəti həm Türkiyə, həm də İsrail üçün təhdiddir. Bilirsiniz ki, ərəblər iranlılara "Yeni Səfəvilər" deyirlər. Onu da xatırlatmaq istəyirəm ki, Səfəvi imperiyası Osmanlı imperiyası ilə bir əsrdən çox müddətdə savaşıb. Yəni Türkiyə və İranın maraqları çox uzun müddətdir bir-birinə qarşıdır. Bu gün İran bütün Yaxın Şərqdəki şiə toplumlarını hərəkətə gətirməyə çalışır. Bunu təbliğat və silahla edir. İranın belə siyasət yürütdüyü zamanda Türkiyə və İsrailin ortaq mövqe tapması təbiidir".

O, Mosulun bir zamanlar Osmanlının parçası olduğunu bildirib:

"İraqdakı toqquşmalarda həddən artıq güc iştirak edir. Bu qarşıdurmalar Türkiyənin cənub sərhədlərində yaşanır. Mosul Osmanlının bir parçası idi. Buna görə də Ankaranın Mosulda təhlükəsizlik maraqlarının olduğunu anlayırıq. Türkiyənin İraqda nə etdiyini şərh etmək bizim işimiz deyil. Bildiyimiz şey odur ki, Türkiyə Yaxın Şərq regionunda stabilliyi qorumağa çalışır.

İranın İraqda çoxlu döyüşçüsü var. Bu milislər İraqda sünnilərin yaşadığı bölgələrdə əməliyyatlar həyata keçirirlər. Yerli xalqa qarşı çox qəddardırlar. General Devid Petreus İraqı çox yaxşı tanıyan şəxsdir. O, hətta bir dəfə şiə milislərin İŞİD-dən daha təhlükəli olduğunu demişdi. Bu milislər Mosul əməliyyatına da qatılırlar. İranın Qüds ordusunun komandiri general Qasım Süleymaninin Mosul yaxınlığında bir əməliyyat qərargahında olduğunu artıq öyrənmişik. Bu nə anlama gəlir? Bütün bunlar İranın Bağdada böyük təsirinin olduğunu göstərir. Bu da, əlbəttə, Bağdadın Türkiyəyə qarşı mövqeyini müəyyənləşdirir".

Tarix
2016.11.09 / 09:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla