Başqa planetlərdən Yer
kürəsini ziyarət edən yadplanetlilər haqqında artıq qəti fikrə
gəlməyin bəlkə də vaxtı çatıb.
Bəzən yadplanetlilər haqqında danışanda, ya da onların
araşdırılmasının vacibliyini vurğulayanda düşünürsən ki, məgər Yer
kürəsinin problemləri bitdi ki, indi də UFO-larla maraqlanaq?!
Amma fakt odur ki, biz nə qədər onları uzaq tutmağa çalışsaq da,
yadplanetlilər bizim həyatımızda vardırlar və bunu sübut edən
faktları aydınlaşdırmaq hamı üçün də maraqlıdır.
UFO-lar haqqında müxtəlif filmlər çəkilsə də, sənədli
araşdırmalar aparılsa da, hələ də onların kimliyi və texnologiyası
haqqında dəqiq fikir deyən yoxdur.
Qısası, UFO-ların arxasında gizlənən sirlərə çatmaq, baş
verənlərə aydınlıq gətirmək üçün əlimizdə kifayət qədər bilgilər
varmı?
Gümüşü boşqablar, gecə qaranlığında işıq saçan kürələri görmək
belə onlar haqqında qəti fikir söyləməyimizə hələ də əsas
vermir.
Bəlkə də dövlət sirri kimi saxlanılan bəzi məlumatlar var?
Məsələn, 1980-ci ildə İngiltərə Hərbi Hava Qüvvələrinə məxsus
qırıcı təyyarələrə gümüşü boşqabların izləməsi və onları vurub yerə
endirilməsi haqqında əmr verildiyi haqqında söz-söhbət gəzdi, amma
bunun sonu haqqında heç bir məlumat yoxdur.
Hər şeyə rəğmən maraq doğuran UFO-lar haqqında bir çox fərziyyə
və fikirlər var ki, konkret olaraq təqdim edirik.
1. Yadplanetlilər adlandırdığımız başqa cür canlılar bəlkə də
elə bizimlə eyni planeti paylaşır, ancaq onlar paralel dünyadan
gəlir və orda zaman fərqlidr. Özlərini gizlətmələrinin səbəbi də
bizim paralel dünyalararası keçiş texnikasını öyrənməməzi
istəməmələridir.
Onların Yer kürəsinə gəlmələrinin səbəbi də dünyanın taleyindən
narahat olması ilə bağlı ola bilər. Bu fikir İsaaq Asimovun
"Tanrılar - altın kitablar" əsərində əsas xətt kimi götürülür.
2. İkinci bir versiya… UFO-ların və içindəki varlıqların
gələcəkdəki bizlər olduğumuzdur. Yəni onlar gələcəyin zaman
yolçuluğunu çözümləyən gələcəyin insanlarıdır. Eynən bizim
heyvanlar üzərində apardığımız təcrübələr kimi, onlar da bizlərdən
bəzilərini aparıb üzərində təcrübə aparır, sonra onları
işarətləyərək nəzarətdə saxlayırlar. Tam olaraq üzə çıxmamalarının
səbəbi də tarixi dəyişib ona təsir göstərmək istəməmələridir. Çünki
biz onların keçmişiyik.
3. Dünya xaricindən, başqa bir ulduz sistemindən gələnlər ola
bilər. Fəqət o zaman da inanılmaz bir sualla üzbəüz qalırıq. Bu da
kainatda yolçuluq edə bilmənin imkansızlığıdır. Biz elə bir
sınırsız kainatdayıq ki, nəzəri və praktik olaraq ən sürətli
texniki vasitələrlə bir yerdən başqa bir yerə getmək mümkün deyil.
Ən yaxın Veqa ulduzuna getmək bizim səkkiz ilimizi ala bilər. Ümid
ancaq xəyal gücünə qalır, bu da onların işıq sürətinə malik olan
texnikaya sahib olmasıdır. Bu haqda ufoloqlar daha çəsarətlidir və
"niyə də olmasın?" deyə bunun mümkünlüyü üzərində dayanırlar.
4. Psixologiyanın təməl adlarından olan Yunqun düşüncəsinə görə,
UFO-lar bizim olmasını istədiyimiz varlıqlardır. Yəni onlar bizim
təhtəlşüurumuzun məhsuludur, yaşananlar da insanların yaratdığı
düşüncə formalarıdır. Məsələn, David Aleksandr adlı franzıq səyyah
14 illik Tibet xatirələrində düşüncənin gücü ilə dönüşən
rahiblərdən uzun-uzadı danışıb. Bir başqa fikirə görəsə UFO-lar
insanların sosial baxışlarının və sürəkli pisə gedən dünyada sanki
qurtarıcı varlıqlar kimi yaradılan düşünənin məhsullarıdır. Bura
insanların qorxu və ümidləri də daxildir. Amma müəyyən vaxtlarda
radarlarda görüntülənən UFO-lar bu düşüncəni o qədər də inadırıcı
etmir.
5. Və nəhayət son ehtimal… Təbiət bizimlə oyun oynayır. Yəni
UFO-lar atmosferin hələ öyrənə bilmədiyimiz özəlliklədir. Məsələn,
zəlzələ bölgələrində işıq plazmalarının yarandığı bilinir və onlar
doğurdan da müəyyən şeyləri əks etdirir.