Yuxarı

İflici müalicə edə biləcək yeni cihaz - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrəli alimlər iflici insanlara bədən üzvlərinin hərəkətini bərpa etməyə yardım edə biləcək yeni cihazı uğurla sınaqdan keçiriblər. Cihaz iki meymunun onurğa beynindəki yaralardan yan keçərək, beyin siqnallarını simsiz ötürməklə iflic olan ayaqlarından yenidən istifadə etmələrinə imkan yaradıb.

Nevroprotez interfeys adlanan bu cihaz Lozanna Federal Politexnik Məktəbinin beynəlxalq komandası tərəfindən icad edilib.

"Biz beyni skan edən interfeys hazırlamışıq. Bu interfeys beyin siqnallarından hərəki niyyəti deşifrələyir, zədələri yan keçərək nəzərdə tutulan yeriş hərəkətini meydana gətirmək üçün bu məlumatı zədənin olduğu yerdən aşağıda onurğa beyninə yollayır," - baş elmi işçi Qrequar Kurtin bildirir.

İnterfeys ayağı idarə edən və siqnalları neyronlarından meymunun nəzərdə tutulan hərəkətlərini deşifrələyən kompyuterə yollayan beyin qabığına yerləşdirilmiş elektroddan ibarətdir.

"Daha sonra kompüter bu məlumatı implantasiya edilə bilən stimulyatora göndərir. Bu simulyator simulasiyanı yerində və zamanında yollamaq gücünə sahibdir,", - Kurtin deyir

Hər iki sınaqda, meymunların beyin qabığının hərəki hissəsi və onurğa beyninin bel hissəsi fəaliyyət göstərirdi.

Cihaz meymunların iflic olan ayaqlarının yenidən istifadə etmələrinə imkan verib və bu, cihazın insanlara da yardım edə biləcəyi ilə bağlı ümidlər yaradıb.

"İlk dəfədir ki, mən tamamilə iflic olan insanın beyin-onurğa beyni interfeysi vasitəsilə beyindəki funksiyaları yerinə yetirdiyini təsəvvür edə bilirəm," - nevrocərrah Coselin Blox bildirir.

Beyin siqnallarını deşifrələyən implantasiya edilə bilən texnologiya daha öncə xəstələrin mürəkkəb ayaq əzələsini deyil, təkcə protez əli tərpətmələrinə imkan verirdi.

"Bu, ilk dəfədir ki, nevro-texnologiya meymunda hərəkəti bərpa edir, ancaq bizi qarşıda hələ çox çətinliklər gözləyir. Bu müdaxilənin insanlar üçün terapiyaya çevrilməsi uzun illər ala bilər,", - Kurtin deyib

Hazırda İsveçrədə implantın insanlarda onurğa beyninin zədələnməsinə yardım edə bilib-bilməyəcəyini müəyyən etmək üçün kilinik tədqiqat aparılır.

Amerikanın səsi

Tarix
2016.11.25 / 11:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla