Yuxarı

Türkiyə erməniləri deportasiya edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan 70 min erməni miqrant Ermənistana deportasiya edilə bilər.

Axar.az xəbər verir ki, bu barədə erməni ekspertlər Ermənistan KİV-lərinə verdikləri açıqlamada bildiriblər.

Məlumata görə, son vaxtlar Ermənistan-Türkiyə münasibətlərində yaranmış gərginlik, xüsusən erməni lobbisinin "soyqırım" çalışmaları Ankara tərəfindən narazılıqla qarşılanır.

Onlar hesab edirlər ki, Ermənistan hakimiyyəti və erməni lobbisinin xaricdə apardığı siyasətin zərərini erməni xalqı görür:

"Hazırda Türkiyədə qeyri-qanuni yaşayan 70 minə qədər erməni Ermənistana geri qaytarıla bilər ki, bu da 70 min işsizin ölkəyə əlavə yük olması və eyni sayda ailənin ac qalması deməkdir. Əgər bu proses başlayarsa, Ermənistanda iqtisadi gərginlik artacaq, bu da ölkədə kriminal vəziyyətin pisləşməsinə səbəb olacaq".

Ekspertlərin qeyd etdiyinə görə, Ermənistandan Türkiyəyə Tiflis-Batumi-Trabzon avtobus yolu ilə gələn ermənilərə Gürcüstanda vizaların verilməsi ciddiləşib. Bundan başqa, bir aylıq viza ilə Türkiyəyə gələn və geri qayıtmaq istəməyən Ermənistan vətəndaşları aşkar olunaraq Türkiyədən deportasiya olunurlar.

Erməni ekspertlər hesab edirlər ki, Ermənistan hakimiyyətinin hazırkı siyasəti qeyri-konstruktivdir.

Tarix
2016.11.25 / 14:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Baxçalı “Əhməd Cavad Şərəf” medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla