Yuxarı

İsrailin dünyadakı bütün səfirlikləri bağlandı - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diplomatların tətil eləməsi ucbatından İsrailin dünya ölkələrindəki bütün səfirlikləri bağlanıb. Diplomatlar əmək haqlarının azlığından şikayətlənirlər.

Məlumata görə, israilli məmurlar əmək haqlarının artırılmasını tələb edirlər.

Diplomatların ümumdünya etirazı Roma Papası Fransiskin İsrailə səfərini sual altında qoyur. Onun səfəri may ayı üçün planlaşdırılır.

Ekspertlərin sözlərinə görə, bu, 1948-ci ildə yaradılmış İsrail dövlətinin tarixində ilk hadisədir. Tətil 102 diplomatik nümayəndəliyin bağlanması ilə nəticələnib, dövlətin BMT və digər beynəlxalq qurumlarla əlaqələrində böhrana səbəb olub.

"Hazırda Xarici İşlər Nazirliyi mövcud deyil", - diplomatlardan biri deyib.

İsrail XİN rəhbəri Aviqdor Liberman baş verənləri "məsuliyyətsizlik" adlandırıb.

"Bu dəhşətli qərardır və həmkarlar ittifaqlarının vəziyyətə nəzarəti itirdiyini göstərir. Biz ölkəyə və vətəndaşlara dəyən ziyanı minimuma endirmək üçün əlimizdən gələn hər şeyi etməliyik", - nazir qeyd edib.

Tətil edənlər isə 1200 nəfər diplomatik missiya əməkdaşının etiraza qoşulduğunu deyirlər. Onların sözlərinə görə, aksiya müddətsizdir.

İsrailli diplomatların əmək haqları hazırda 1,7 və 2,6 min dollar arasıdır. Onlar deyirlər ki, xairici ölkələrə gedərkən həyat yoldaşları işlərini buraxmaq məcburiyyətində qalırlar. Bu səbəbdən xarici ölkədə ailələrini dolandırmaqda çətinlik çəkirlər. Son 15 ildə diplomatların 3-də bir hissəsi məhz əmək haqlarının aşağı olması ucbatından işdən çıxıblar ("Milli.Az").

Tarix
2014.03.24 / 11:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla