Yuxarı

Qarabağdan erməni ordusu Suriyaya göndərildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın ikinci ən iri liman şəhəri olan Tartusa Dağlıq Qarabağdan 1500 nəfərlik erməni yaraqlısından ibarət desant çıxarılıb.

Bu barədə məlumat Hələbdə döyüşən "Əl-Təvhid Briqadası" (Liwa al-Tawhid) yaraqlı qruplaşması tərəfindən briqadanın internet saytında yayılıb. Tartus Latakiyədən sonra Suriyanın ikinci ən iri liman şəhəridir və orada Rusiya hərbi-dəniz bazası yerləşir.

"Əl-Təvhid Briqadası" Qarabağ ermənilərindən ibarət yaraqlı dəstəsinin Tartusa gəlişini bu anonsla çatdırıb: "Xristian ordusu Suriya torpağına yeridildi".

"Əl-Təvhid Briqadası" Suriyada Əsəd rejiminə qarşı döyüşən ən iri qruplaşmalardan biridir və onun tərkibində 10 minə yaxın yaraqlı var. Ermənilərin də sıx yaşadığı Hələb şəhərinə bu qruplaşma nəzarət edir. Suriya erməniləri Bəşər Əsəd rejiminin tərəfindədir və bu üzdən müxaliflər onları da hədəfə alır.

Xatırladaq ki, bundan əvvəl Ermənistan parlamentinin qarabağlı üzvü, keçmiş səhra komandiri və müharibə veteranı Vaan Bədəsyan Suriyanın Türkiyə ilə sərhəd Kasab qəsəbəsinin "İraq Şam İslam Dövləti" qruplaşmasının yaraqlıları tərəfindən ələ keçirilməsinə və ermənilərin oradan çıxarılmasına cavab olaraq Suriyaya Qarabağdan erməni könüllülərin göndəriləcəyini bildirmişdi.

Vaan Bədəsyan 150 erməni könüllünün Kasab ermənilərini müdafiə etmək üçün Suriyaya göndəriləcəyini desə də, belə görünür ki, söhbət 10 dəfə artıq yaraqlıdan gedir. Vaan Bədəsyan demişdi ki, 150 nəfərlik qrupu Suriyanın Latakiyə şəhərinə göndərmək üçün maliyyə vəsaiti yoxdur, ancaq onlardan azsaylı qrup tezliklə Suriyaya göndəriləcək. Deputatın bildirdiyinə görə, söhbət döyüş təcrübəsi olan şəxslərdən gedir ("Virtualaz.org").

Tarix
2014.04.06 / 17:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla