Yuxarı

ABŞ-da quyular azaldı, Maduro təklif hazırlayır - Neft

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela Prezidenti Nikolas Maduro qlobal bazarda neft qiymətlərinin sabitləşməsi üçün rəsmi Karakasın yeni təkliflər verəcəyini bildirib.

Axar.az Report-a istinadla xəbər verir ki, Maduronun sözlərinə görə, bu həftə Venesuela qiymətlərin sabitləşdirilməsi üçün yeni təklif və düsturu məktub şəklində neft hasilatçısı olan ölkələrə göndərəcək.

Yanvarın 15-də OPEK təşkilatının baş katibi Məhəmməd Barkindo Venesuelaya səfər edib. Təşkilatın Tvitter hesabında OPEK-in baş katibin neft bazarındakı vəziyyəti müzakirə etmək üçün Venesuela hökuməti ilə görüş keçirəcəyi qeyd olunub. Görüşdə neft bazarına çıxarılan yeni təklifin müzakirə olunacağı ehtimal edilir.

Bu arada ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayının yanvarın 7-dan 13-dək 6 ədəd və ya 0,9% azaldığı və 659-a çatdığı bildirilib.

Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 7 ədəd və yaxud 1,35%, qaz quyularının sayı isə 1 ədəd və yaxud 0,74%, ümumilikdə isə neft-qaz quyularının sayı 9 ədəd və yaxud 1,38% artıb.

Hazırda aktiv neft quyularının sayı minimal həddən 65,2% çoxdur. Bu göstərici rekord səviyyəyə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 67,6% aşağıdır.

Son hesabat həftəsində ABŞ-da aktiv neft-qaz quyularının sayının azalmasının texniki səbəblərdən baş verdiyi ehtimal edilir.

Tarix
2017.01.16 / 13:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla