Yuxarı

ABŞ daha 10 məhbusu “cəhənnəm”dən çıxardı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ 10 məhkumu Quantanamo həbsxanasından Omana göndərib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Oman Xarici İşlər Nazirliyi yayıb. Nazirlik məhbusların köçürülməsi haqda başqa heç bir məlumat yaymayıb.

Qeyd edək ki, ABŞ bundan öncə 4 məhbusu Səudiyyə Ərəbistanına ekstradisiya edib.

ABŞ Prezidenti Barak Obama 2008-ci ildə prezident olarkən Quantanamo həbsxanasını bağlayacağını bildirmişdi. Həbsxananı qapada bilməsə də, prezident buradakı məhbusların sayını 712-dən 59-a endirməyi bacarıb.

Quantanamo həbsxanası 2002-ci ildə ABŞ Prezidenti Corc Buşun əmri ilə Kubada yaradılıb. İndiyə qədər dünyanın ən gizli həbsxanalarından biri hesab edilir. Burada əsasən Əfqanıstan və İraqda vuruşan terrorçular saxlanılır. Pentaqonun açıqlamasına görə, Quantanamoda hazırda 41 ölkədən terrorçu var. Aralarında Səudiyyə Ərəbistanı, Əfqanıstan və Yəmən vətəndaşları üstünlük təşkil edirlər. Quantanamodakı məhbusların demək olar ki, hamısı buraya məhkəmə keçirilmədən terrorizmdə şübhəli bilinərək salınıb. Konqres indiyə qədər həbsxananın bağlanmasına və terrorçuların ABŞ ərazisindəki həbsxanalara köçürülməsinə qarşı çıxır.

Tarix
2017.01.17 / 15:53
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla