Yuxarı

Marsda yadplanetli döyüşçü tapıldı – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

NASA-nın Marsa göndərdiyi “Kuriositi” kosmik gəmisinin çəkdiyi görüntüləri izləyən ufoloqlar qırmızı planetin səthində yadplanetli döyüşçü tapdıqlarını iddia ediblər.

Axar.az xəbər verir ki, Yutub sosial şəbəkəsindəki “Paranormal Krusibl” (Paranormal Crucible) adlı istifadəçinin 14 yanvarda paylaşdığı marslı döyüşçü videosu qısa müddət ərzində 90 min dəfə izlənilib.

Videoda “Kuriositi”nin çəkdiyi fotoda qaya kimi görünən bir cismin incələndiyi görünür. Foto dəfələrlə yaxınlaşdırıldığı zaman qayaya bənzəyən cismin yadplanetliyə bənzəməsi diqqət çəkib.

Kompüterin yardımı ilə sözügedən görüntüləri incələyən “Paranormal Krusibl” görünən cismin astronavt geyiminə bənzəyən zireh geyindiyini və əlində silah tutan bir qaraltıya çevrildiyini göstərib.

Qeyd edək ki, “Paranormal Krusibl” adlı istifadəçi daha əvvəl Marsda piramida, kəllə sümüyü və heykələ bənzər şəkillər təsbit etdiikərindən bəhs edən video yayımlamışdı. Son videoları isə internetdə mübahisəyə səbəb olub. Bəziləri görüntülərin “Sadəcə bir qayanın önündə dayanan başqa bir qaya” olduğunu, bəziləri isə yadplanetlilərin həqiqətən mövcud olduğuna inandıqlarını bildirib. NASA isə mövzu ilə bağlı heç bir açıqlama verməyib.

Tarix
2017.01.19 / 08:00
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla