Yuxarı

Vəziyyət gərginləşdi: 45 min insan ölkədən qaçdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seneqal ordusunun Qambiyaya yeridilməsi ucbatından 45 min insan ölkəni tərk edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı BMT-ının Qaçqınlarla İş üzrə Agentliyi yayıb. BMT ölkəni tərk edənlərin 75%-nin qadın və uşaq olduğunu bildirib:

“Növbəti bir neçə gün kritik olacaq. Əgər ölkədəki vəziyyət sülh yolu ilə həll edilməsə, qaçqınların sayı artacaq”.

Qeyd edək ki, bir müddət öncə Qambiyada prezident seçkisi keçirilib. Seçkidə qələbəni müxalifət lideri Adam Barrou qazanıb. Lakin ölkəni 1994-cü ildən bu yana idarə edən Yəhya Camme seçkidə saxtakarlıq olduğunu və yenidən keçirilməsi gərəkdiyini bildirib. O öz postundan imtina etməyəcəyini açıqlayıb. Afrika İttifaqı və Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi isə yanvarın 19-dan etibarən ölkə prezidenti kimi Barrounu tanıyacaqlarını bəyan ediblər. Seneqal ordusu artıq dünən Qambiyaya daxil olub. Ölkə parlamenti də Yəhya Cammeni prezident kimi tanıdığını bildirib.

Yəhya Camme 2015-ci ildə Qambiyanı İslam Respublikası elan edib. Bununla da Qambiya İran, Pakistan, Əfqanıstan və Mavritaniyadan sonra 5-ci islam respublikası olub. Bu ölkə Afrikanın ən kiçik ölkələrindən sayılır. Ölkənin ordusu 800 nəfərdən ibarətdir.

Tarix
2017.01.20 / 19:22
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla