Yuxarı

ABŞ Rusiya ilə sərhəddə hərbi təlimlərə hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Moskva rəhbərliyinin Krımı rus torpağı elan etməsindən sonra bölgədəki hərbi fəaliyyətini artırmağa davam edir.

"Axar.az" xəbər verir ki, əvvəlcə Qara dənizə "USS Donald Cook" adlı hərbi gəmi göndərən ABŞ Rusiyaya sərhəd olan Polşa və Estoniyada da hərbi təlimlərə başlayır.

Təxminən 150 ABŞ əsgərinin iştirakı gözlənilən hərbi təlimlərin gələn həftə başlanması gözlənilir. Amerikalı səlahiyyətli nümayəndələr hərbi təlimlərin təkcə iki ölkə ilə məhdudlaşmayacağını, Şərqi Avropanın digər ölkələrinin də iştirak edəcəyini bildirib.

ABŞ bölgədəki hərbi varlığını yalnız dəniz və qurudan deyil, havadan da artırır. Amerikan ordusu həftə sonu bölgəyə çatması gözlənilən 12 ədəd F-16 döyüş təyyarəsi və 200-dən çox nümayəndəsini göndərib. Hərbi təyyarələr ilin sonuna qədər bölgədə qalacaq. Vaşinqton rəhbərliyi Baltik ölkələrinə də 10 ədəd F-15 göndərib.

Tarix
2014.04.21 / 01:01
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla