Yuxarı

Krımda maliyyə özbaşınalığı baş verir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siz heç vaxt rus ola bilməyəcəksiniz və artıq ukraynalı da ola bilməzsiniz.

"Axar.az" xəbər verir ki, bu sözləri Sevastopol Şəhər Sovetinin deputatı Vasili Zelençuk krımlılara müraciətində deyib.

Zelençuk bildirib ki, krımlılar maaşların, pensiyaların artırılmasını, Rusiya həddinə çatdırılmasını gözləyirdilər və buna görə də, referendumun nəticələrini sevinclə qarşıladılar: "Əvvəlcə sevinc həddi böyük idi. Nədənsə hamı sevincdən SSRİ-nin himnini oxuyurdu, Rusiyanın deyil. Bayramın sərxoş atmosferini maaş "dalğası" pozdu. Krımda maliyyə özbaşınalığı baş verir. Maaşları artırmadılar, sadəcə 1 rublu 3.8 qrivenə çatdırdılar. Əksər vətəndaşlar, o cümlədən analar yeni doğulmuş körpəyə görə sosial müavinətləri almırlar".

Deputat bildirib ki, yaxın günlərdə krımlıları kommunal xərclərin bahalaşması gözləyir: "İndi krımlılar suya, elektrik enerjisinə görə daha çox pul ödəyəcəklər".

Zelençukun sözlərinə görə, bundan sonra krımlıları psixoloji diskomfort gözləyir: "Siz heç vaxt rus ola bilməyəcəksiniz və artıq ukraynalı da ola bilməzsiniz. Siz iki dövlətin arasında yad bədənə çevriləcəksiniz. Ukraynalıların gözündə siz nifrət, rusların gözündə isə inamsızlıq, yazıqlıq oxuyacaqsınız".

Tarix
2014.04.23 / 16:20
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

Bakı-Sumqayıt qatarını daşa basanlar müəyyən edildi

Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu - MN

Əliyev BMT baş katibinin köməkçisini qəbul etdi

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Seyidovdan Şvabeyə növbəti cavab: AŞPA-nı məhv edəcəksən!

Prezident İraq parlamentinin sədrini qəbul etdi

Keçmiş gömrük əməkdaşının cəzası elan olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla