Yuxarı

Ermənistanın gizlətdiyi müharibə itkiləri üzə çıxdı - Fakt

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan rəhbərliyinin Qarabağdakı son döyüşlər nəticəsində verdiyi itkiləri gizlətdiyi barədə Azərbaycanın rəsmi açıqlamaları artıq öz təsdiqini tapır.

Musavat.com xəbər verir ki, bununla bağlı erməni mənbələr də etiraflar etməyə başlayıb. Levon Soqomonyan adlı erməni hərbçi özünün sosial şəbəkədəki şəxsi səhifəsində konkret ad da açıqlayıb.

“Əziz dostlar, 12 mart 2017-ci il tarixdə döyüş əməliyyatları zamanı xidməti borcunu yerinə yetirərkən 18-ci motoatıcı diviziyanın zabiti Çixanyan Xaik Nifritaroviç həlak olub. Dostlar adından ölən hərbçinin ailəsinə dərin hüznlə başsağlığı verirəm. Xaik yaxşı zabit, ailəcanlı və əla dost idi”, - Soqomonyan yazıb.

Erməni hərbçi ardınca xatırladıb ki, Azərbaycan tərəf həmin vaxt 8 erməni əsgər və zabitinin məhv edildiyi xəbərini yaymışdı:

“Ermənistanın və Qarabağın "müdafiə nazirlikləri" qarşıdakı parlament seçkiləri ilə əlaqədar itkilərimiz haqda məlumatları gizlədirlər. Bu məlumatları gizləmək nəyə lazımdır? Hətta çoxsaylı dostlarımız Yeraburski məzarlığındakı dəfn mərasimində iştirak edə bilməyib. Çünki onlar Xaik və digər hərbçilərimizin ölümündən xəbərsiz olublar”.

Tarix
2017.03.22 / 12:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla