Yuxarı

Türkiyə: “ABŞ-ın qadağası məntiqsizdir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Böyük Britaniyanın təyyarə salonlarına elektron qurğuların keçirilməsinə qadağa qoyması mənasızdır.

Axar.az xəbər verir ki, bunu TRT kanalına açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Bu, tamamilə məntiqsizdir. Əgər kimsə bu qurğulara partlayıcı qoysa, o bunu indi də edə bilər. Belə ki, terrorçu qurğunu baqaja qoyub, partlayış üçün vaxt təyin edə bilər. Təhlükəsizlik baxımından bu qərar məntiqsizdir. ABŞ və Britaniyanın qadağası Türkiyə və bir sıra ərəb ölkələrinə aiddir. Lakin ələ keçirilən terrorçuların çoxu Avropa vətəndaşlarıdır”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ 10 beynəlxalq hava limanından uçan sərnişinlərin təyyarə salonuna elektron qurğular gətirməsini qadağan edib. Qadağanın tətbiq edildiyi hava limanları Misir, İordaniya, Qətər, Küveyt, Mərakeş, BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyədə yerləşir.

Tarix
2017.03.29 / 15:53
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla