Yuxarı

Ermənistanda “ən kasıb” qadın - Sarkisyanın xanımı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda yüksək vəzifəli məmur arvadlarının sərvətləri açıqlanıb.

"Axar.az" xəbər verir ki, Ermənistanın "SivilNet" telekanalı milyonları olan məmur arvadlarının siyahısını tərtib edib.

Rəsmi məlumatlara görə, 27,4 milyon dollarla birinci yeri respublikaçı Samvel Aleksanyanın həyat yoldaşı Şoqer Mkrtıçyan tutur. Sonuncu sırada isə 259 min dollarlıq vəsaitə sahib Ermənistanın birinci xanımı Rita Sarkisyan qərarlaşıb.

"SivilNet"in hazırladığı siyahıda ikinci yeri Ərazi İdarəsi naziri Gagik Beqlaryanın xanımı Nune Nikolyan tutur. Onun sərvəti 3,7 mln dollardır. Baş nazir Hovik Abrahamyanın xanımı Culiet Abrahamyan 3,6 milyon dollar vəsaitlə üçüncü sırada qərarlaşıb. Deputat Hakob Hakobyanın həyat yoldaşı Hasmik Hakobyan ($ 3,5 milyon), maliyyə naziri Qaqik Xaçaturyanın həyat yoldaşı - Laura Epremyan ($ 3,2 mln ), Mərkəzi Bankın sədri Artur Cavadyanın xanımı - Hasmik Manukyan (1,2 milyon dollar), deputat Ara Babloyanın xanımı - Manuşak Yeritzyan ($ 1 milyon), Fövqəladə Hallar Nazirni Armen Erityanın xanımı Mari Erityan ($ 364 min), deputat Volodya Badalyanın həyat yoldaşı Azatuhi Nalbandyan ($ 270 min) sərvətə sahibdirlər.

Siyahını sonuncu sırada 259 min ABŞ dolları ilə Ermənistan prezidenti Serj Sərkisyanın xanımı Rita Sərkisyan tamamlayır.

Qeyd edək ki, "SivilNet" telekanalı Ermənistanın "Sivilitas" fondu tərəfindən yaradılıb və ona keçmiş Xarici İşlər naziri Vardan Oskanyan rəhbərlik edir.

Tarix
2014.05.03 / 02:14
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla