Rusiyanın Dağıstan Respublikasının rəhbəri Ramazan
Abdulatipov antiterror əməliyyatlarına görə rəsmi Kiyevi ciddi
tənqid edib.
"Axar.az" xəbər verir, bu barədə onun mətbuat
katibliyi bəyanat yayıb. Bəyanatda Dağıstan rəhbəri Abdulatipovun
Ukrayna hadisələrindən narahat olduğu vurğulanır. Onun sözlərinə
görə, hadisələri dinc yollarla nizama salmaq istəyində olmayan
iqtidar komandası faktiki olaraq Ukraynanı vətəndaş müharibəsinə
sürükləyir:
"Ən üzücü an hadisələrin ümümi vətənəmiz uğrunda vuruşduğumuz
Böyük Qələbə günü ərəfəsində baş verməsidir. Vaxtı ilə babalarımız
çiyin-çiyinə vahid düşmənə qarşı savaşırdı. Hazırda isə Ukrayna
Qərbin və ABŞ-ın ikili standartının qurbanına çevrilib. Xalqla
ünsiyyət formasında, qarşılıqlı razılıq əsasında danışmaq
lazımdır".
Bəyanatın sonunda Abdulatipov Kiyev iqtidarını faşıst rejimi
adlandırıb və əlavə edib ki, dağıstanlılar həmin ünsürlərə qarşı
savaşmağa hər an hazırdılar:
"Əksər dağıstanlı faşıstlərdən qisas almağa hazırdır.
Dağıstanlılar olaraq biz cəllad iqtidara qarşı xalqın tərəfində
savaşmağa hər an əmr gözləyirik".
Xatırladaq ki, bu vaxta qədər Şimalı Qafqazın digər
respublikaları da Kiyevə qarşı öz etirazlarını bildirmişdilər.