Yuxarı

Türkiyədə televiziya rəhbəri öldürüldü - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

01:14

Türkiyənin İstanbul şəhərinin Sarıyer səmtində 2 iranlı avtomobildə öldürülüb.

Axar.az xəbər verir ki, Maslak Ayazağa küçəsində hərəkətdə olan avtomobilin qarşısını digər bir avtomobil kəsib. Bu zaman qarşıdakı avtomobildən düşən şəxslər iranlıları güllələyib.

Cinayətkarların “Cip” markalı maşında olduğu ehtimal edilib.

Bundan əlavə, İstanbulun Kəmərboğaz mahalında da yanan “Cip”in tapıldığı bildirilib.

Qeyd edək ki, polis hadisə yerində araşdırma aparır.

***

İstanbulun Sarıyer səmtində güllənən şəxslərdən birinin GEM TV-nin iranlı rəhbəri Sael Kərimian, digərinin isə küveytli iş adamı olduğu bildirilib.

Kərimianın İngiltərə vətəndaşı olduğu vurğulanıb.

Məlumata görə, GEM TV türk teleseriallarının Yaxın Şərq ölkələrindəki satışı ilə məşğul idi. Qətlin məhz bu faktorla əlaqəli olduğu istisna edilmir.

Cinayətkarların axtarışı ilə bağlı polis hərəkətə keçib.

Tarix
2017.04.30 / 18:49
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla