Yuxarı

Kritik seçki başladı: Xamenei səs verdi və çağırış etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İranda 12-ci prezident seçkilərinə start verilib. Seçkilərə yerli vaxtla səhər saat 8-də başlanılıb.

Axar.az xəbər verir ki, İran Daxili İşlər Nazirliyinin yaydığı bəyanata əsasən, 80 milyona yaxın əhalisi olan ölkədə 56 milyondan çox vətəndaş səsvermə hüququna malikdir. Bildirilir ki, seçkilər 63 min 500 səsvermə məntəqəsində keçirilir və səsvermə prosesi axşam saat 18-ə qədər davam edəcək.

Bu gün ölkədə prezident seçkiləri ilə yanaşı, şəhər və kənd şuralarına da seçkilər keçirilir.

İranın Ali Dini lideri ayətullah Əli Xamenei prezident seçkisində artıq səs verib. “Press TV” Xameneinin ölkədəki prezident seçkisində ilk səs verənlərdən biri olduğunu bildirib.

Səs verdikdən sonra xalqa müraciət edən Xamenei seçkinin vacib olduğunu və ölkənin taleyinin xalqın əlində olduğunu söyləyib.

Qeyd edək ki, seçkilərə çoxsaylı namizəddən yalnız 6 nəfər buraxılıb. Təbliğat zamanı Tehran meri Məhəmməd Baqir Qalibaf İbrahim Rəisinin, İshaq Cahangiri isə Həsən Ruhaninin xeyrinə namizədlikdən imtina edib. Mustafa Haşemi Taba seçkilərə qatılsa da, səsini Ruhaniyə verəcəyini açıqlayıb və tərəfdarlarını da hazırkı prezidentə səs verməyə çağırıb.

Bu gün seçki bülletenində 4 namizədin adı olsa da, 3 namizəd mübarizə aparır – hazırkı prezident, islahatçıların dəstəklədiyi Həsən Ruhani (Mustafa Haşemi onun tərəfdarı kimi çıxış edir), mühafizəkarların dəstəklədiyi İbrahim Rəisi və müstəqil Mustafa Mirsəlim.

Əsas rəqabətin Həsən Ruhani və İbrahim Rəisi arasında gedəcəyi gözlənilir.

Tarix
2017.05.19 / 09:57
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla