Yuxarı

Azərbaycanlı milyarderin oğlu ən zəngin varis oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Forbes” jurnalı mayın 25-də Rusiya milyarderlərinin ən zəngin varislərinin növbəti reytinqini dərc edib.

Axar.az-ın Oxu.az-a istinadən məlumatına görə, siyahıya valideynlərin sərvətindən hər bir övladın payına 2,3 milyard dollardan az düşməyən 20 ailə daxil edilib.

Ötən il olduğu kimi, siyahıya yenə LUKOIL şirkətinin təsisçisi və əsas səhmdarı Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov başçılıq edib, onun payına 14,5 milyard dollar düşür (ötən il bu rəqəm 8,9 milyard dollar idi).

Yusif Ələkbərov 1990-cı ildə anadan olub, 2012-ci ildə "neft yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə Qubkin adına neft və qaz RDU-nu bitirib.

İkinci sırada "EuroChem” şirkətinin sahibi Andrey Melniçenkonun qızı qərarlaşıb. "Forbes” versiyasına görə, beş yaşlı Taranın sərvəti 13,2 milyard dollar təşkil edir (ötən il - 8,2 milyard dollar).

İlk üçlüyü "Novatek” və "Sibur” şirkətlərinin əsas səhmdarı Leonid Mixelsonun övladları bağlayıb. Onun 15 yaşlı qızı Viktoriya və iki yaşlı (adı açıqlanmır) oğlu 9,2 milyard dollar sərvətə malikdirlər.

Tarix
2017.05.26 / 00:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla