Yuxarı

NATO-nun möhtəşəm binası: Tramp yenə fərqli danışdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın paytaxtı Brüsseldə NATO sammiti çərçivəsində yeni qərargahın açılışı olub.

Axar.az xəbər verir ki, əsas binanın önündə Nyu Yorkda 11 sentyabr 2001-ci ildə terror aktı nəticəsində həlak olanların xatirəsinə abidə ucaldılıb, eyi zamanda, Berlin divarının hissəsi nümayiş olunub.

Açılış mərasimində çıxış edən İttifaqın Baş katibi Yens Stoltenberq Brüssel sammitinin birgə gələcəyi planlaşdırmaq və ümumi tarixi xatırlamaq baxımından önəmli olduğunu bildirib:

"Berlin divarı - keçmişin simvoludur. O, Avropanı doğramaq üçün tikilmişdi. NATO müttəfiqləri birləşdilər, azadlığı, demokratiyanı üstün tutdular. Bu binaya daxil olan hər kəs monumentin yanından keçəcək və azadlığın məğlubedilməz olduğunu xatırlayacaq".

Almaniya kansleri Angela Merkel də öz növbəsində bildirib ki, Almaniya heç vaxt NATO-nun birləşmə yolunda rolunu unutmayacaq və Alyansın ümumi işinə öz töhfəsini verməyə davam edəcək.

ABŞ Prezidenti Donald Tramp isə xatirə komplekslərinin açılışında iştirak edib: "Çox ölkələr Alyansa ödənişlər etmir, ancaq etməlidir. Bu, ABŞ və başqa vergi verən ölkələrə haqsızlıqdır".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğan da NATO qərargahının yeni binasının açılış mərasimində iştirak edib.

Tarix
2017.05.25 / 23:51
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla