Yuxarı

Azərbaycanda qeyri-adi uşaq hər kəsi heyrətləndirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunun Boranıkənd kəndində yaşayan üç yaşlı Ömər Zeynalovun bədəni müxtəlif metal əşyaları, eləcə də mobil telefonları maqnit kimi özünə cəzb edir.

Axar.az-ın Xəzər xəbər-ə istinadən məlumatına görə, valideynləri uşaqda olan bu qeyri-adi bacarığı bu yaxınlarda aşkar ediblər. Azyaşlıya dəmir pul verərkən o, həmin pulları bədəninə yapışdırıb.

Valideynləri deyirlər ki, Ömər ağır yükləri qaldırmağı çox xoşlayır. Dəfələrlə evdə böyük əşyaları bədəninə yapışdırmaqla, sanki öz bacarığını daha da təkmilləşdirməyə çalışır. Ömərdə olan bu istedada şübhə edənlər isə telefonlarını onun bədəninə yapışdırmaqla kifayətlənirlər.

Ömərin istedadına güvənən valideynlər onun gələcəkdə bu bacarığını beynəlxalq müsabiqələrdə nümayiş etdirməsini istəyirlər.

Qeyd edək ki, bu, nadir hadisə deyil. Azərbaycanda belə uşaqlarla bağlı analoji xəbərlər vaxtaşırı yayılır.

Tarix
2017.06.23 / 01:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla