Yuxarı

İstanbul iflic oldu: 10 nəfər... - Foto/Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.07.27, 22:27

İyulun 27-də axşam saatlarında Türkiyənin İstanbul şəhərinə şiddətli dolu düşüb.

Axar.az xəbər verir ki, güclü küləklə müşayiət olunan dolu şəhərin əsas nəqliyyat arteriyalarında problemlər yaradıb, avtomobillərə ciddi ziyan vurub. Dəniz səfərləri və bəzi aviareyslər təxirə salınıb. Küçələrdə piyadaların hərəkəti çətinləşib, su basmış iş yerlərindən insanlar xilasedicilər tərəfindən təxliyə olunublar.

Təbii fəlakət İstanbul limanlarından birində yanğına səbəb olub, bəzi tikililərdə dağıntılar baş verib.

***

İstanbula ötən gün axşam saatlarında düşən şiddətli dolu və əsən güclü külək nəticəsində 10 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, xəsarət alanlardan 2 nəfərinin vəziyyəti ağırdır.

NTV telekanalının xəbərinə görə, Bosfor boğazının altından keçən tunelin fəaliyyətində məhdudiyyətlər yaranıb. Şəhərin “Atatürk” və “Sabiha Gokçen” hava limanlarının işində fasilələr yaranıb, 15-dək təyyarə hava şəraitinin pisləşməsi səbəbindən eniş edə bilmədiyindən ehtiyat aerodromlara yönəldiliblər.

Bundan başqa, şiddətli külək şəhərdə 200-dək ağacı və 5 qaldırıcı kranı aşırıb, 88 binanın dam örtüyünü qoparıb, tramvay xətlərinin elektrik naqillərini qırıb. Küçükçekmece rayonunda minarə uçub, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Meteoroloqlar hava şəraitinin daha da pisləyəcəyini proqnozlaşdırırlar.

Bundan əvvəl iyulun 18-də İstanbulda son 9 ildə ən güclü leysan yağıb.

Tarix
2017.07.28 / 09:14
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla