Yuxarı

Daha bir İran hərbçisi Suriyada öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

“SEPAH”ın daha bir əfqan muzdlusu Suriyada gedən savaşda həlak olub.

Axar.az xəbər verir ki, Suriya prezidenti Bəşər Əsədə və onun rejiminə dəstək məqsədilə Suriyaya göndərilən “SEPAH”ın Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının muzdlusu Əhməd Rizvani, bir neçə gün əvvəl Suriyada gedən döyüşlərdə Əsədə müxalif qüvvələr tərəfindən öldürülüb.

Onun Suriyanın konkret hansı bölgəsində həlak olduğu mediaya açıqlanmayıb. Cənazəsi ölkəyə gətirilən “SEPAH”çı avqustun 18-də İranın Şərifabad şəhərində torpağa tapşırılıb.

Qeyd edək ki, son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “SEPAH”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “SEPAH”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

Tarix
2017.08.19 / 20:42
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla