Yuxarı

Sərkisyan 18 nəfəri öldürən cinayətkarı əfv edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti amnistiya fərmanı ilə Rusiyada 18 nəfərin ölümü ilə nəticələnmiş avtomobil qəzasını törətmiş Qraç Arutunyanı əfv etmək niyyətindədir.

Report xəbər verir ki, bu barədə hazırda həbs cəzası çəkən Arutunyanın yaxınları bildiriblər.

Onların sözlərinə görə, Arutunyan ilin sonunda azadlığa çıxacaq.

"Komissiyada mənə bildirdilər ki, Arutunyan dekabrın sonunda əfv ediləcək", - deyə müttəhimin qaynatası Viktor Martirosyan bildirib.

Bundan əvvəl isə Arutunyan əfv edilməsi üçün prezident Serj Sərkisyana müraciət edib. Xatırladaq ki, o, idarə etdiyi KaMAZ markalı avtomobillə 2013-cü ildə Rusiyada, Podolsk yaxınlığında ağır qəza törədib. Hadisə nəticəsində 18 nəfər ölüb, 60-dan çox insan müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Arutunyan bu cinayətinə görə 2014-cü ildə Rusiya Məhkəməsinin qərarı ilə 6 il 9 ay azadlıqdan məhrum edilib. O, 2017-ci il, iyulun sonlarında cəzasının qalan hissəsini çəkmək üçün Ermənistana ekstradisiya edilib. Avqustun 18-də Yerevan Məhkəməsi Arutunyanın işi ilə bağlı hökmü qüvvədə saxlayıb.

Lakin Ermənistan rəhbərliyi ağır cinayət törətmiş cinayətkarı ölkəyə ekstradisiya edildikdən sonra qısa müddətdə azadlığa buraxmaq niyyətindədir.

Tarix
2017.08.20 / 22:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla