Yuxarı

ABŞ tanklarını yenidən Gürcüstana göndərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın növbəti yüngül və ağır hərbi texnikası Gürcüstana gəlib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

Nazirlik bu texnikanın Gürcüstanda baş tutacaq “Çevik ruh 2017” hərbi təlimində iştirak edəcəyini bildirib. Vaşinqton təlimlərdə iştirak üçün Gürcüstana M1 Abrams tankları və LAV zirehli transportyorlarını göndərib.

Qeyd edək ki, təlim 3-11 sentyabr tarixində Orpolo hərbi poliqonu və leytenant Şota Xurtsidze adına tank qoşunları mərkəzində təşkil olunacaq. Təlimlərdə Gürcüstan və ABŞ hərbçiləri ilə yanaşı, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Ermənistan hərbçiləri də iştirak edəcək. Təlimin keçirilməsində məqsəd ABŞ qüvvələri ilə NATO-nun üzv və tərəfdaş ölkələrinin hərbçiləri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, müdafiə və hücum əməliyyatları üzrə biliklərin artırılması və regionda təhlükəsizliyin təmin olunmasıdır.

Tarix
2017.09.03 / 11:56
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla