Yuxarı

Kataloniyanın bütün maliyyəsi əlindən alındı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Kataloniyanın bütün maliyyə qaynaqlarını nəzarət altına alıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Blomberq” agentliyi yayıb. Agentlik İspaniyanın bu addımı Kataloniyanın müstəqillik referandumu keçirməsinin qarşısını almaq üçün atdığını bildirib. İlk dəfə olaraq Kataloniya müxtariyyətinin yerli büdcəsinə müdaxilə edən rəsmi Madrid verdiyi qərarla Kataloniyadakı təhsil, səhiyyə, sosial xidmətlər və məmur maaşları kimi bütün fundamental dövlət xərclərinin bundan sonra birbaşa ölkənin mərkəzi büdcəsi tərəfindən qarşılanacağını vurğulayıb.

Kataloniya Muxtariyyəti hökuməti sədrinin müavini və İqtisadiyyat naziri Oriol Yunkeras isə jurnalistlərə açıqlamasında İspaniyanın bu addımının doğru olmadığını söyləyib:

"Hökumətin bu addımı muxtar respublika üçün təyin olunan büdcə sabitliyini riskə atır. Nəticənin necə olacağını bilmirik, İspaniya hökumətinin də bildiyini zənn etmirəm. Çünki bu hal ilk dəfədir baş verir. Onlar bilməlidir ki, bu tip cəhdlər referendumun keçirilməsinə heç cür mane ola bilməz”.

Tarix
2017.09.19 / 15:18
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla