Yuxarı

Nazarbayev kəşfiyyat şefini ABŞ-a göndərdi – Məxfi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Məsimov ABŞ Dövlət katibi Reks Tillersonla görüşmək üçün Vaşinqtona səfər edib.

Axar.az xəbər verir ki, bu barədə informasiya ABŞ Dövlət Departamentinin Feysbuk səhifəsində yer alıb. Departament görüşün oktyabrın 10-da qapalı şəkildə keçirildiyini bildirib. Görüşün detalları haqqında heç bir məlumat verilməyib. Səfərin həmçinin rəsmi məqsədi də ictimaiyyətə açıqlanmayıb.

Qazaxıstan KİV-ləri indiyə qədər səfər barədə heç bir məlumat yaymayıblar.

“Fərqanə” agentliyi isə etibarlı mənbələrə istinadən səfərin məqsədi haqqında məlumat yayıb. Agentliyin məlumatına əsasən, Məsimov Vaşinqtona Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin 2018-ci ilin əvvəlində ABŞ-a edəcəyi səfərə hazırlıq məqsədi ilə gedib.

Tarix
2017.10.12 / 15:22
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla