Yuxarı

Rusiyanın ən güclü raketi: sınaq hazırlığı başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi 2017-ci ilin sonuna qədər RS-28 Sarmat qitələrarası ballistik raketini sınaqdan keçirəcək.

Axar.az xəbər verir ki, “Kommersant” qəzeti sınaqda əsas məqsədin raketin şaxtadan çıxması və buraxıldıqdan sonrakı ilk 5 saniyə ərzindəki fəaliyyətinin öyrənilməsindən ibarət olduğunu yazıb.

Qeyd edək ki, bu raketin hazırlanmasına 2011-ci ildə başlanılıb. Bu ilin birinci yarısında onun ilk sınağının keçirilməsi nəzərdə tutulsa da, sonradan sınaq ləğv edilib. "Sarmat" raketi Qərbdə "Satana 2" kimi tanınır.

"Sarmat" raketi P-36 "Satana" raketinin bazasında yaradılıb və onun daha modern versiyası hesab olunur. Bu raket beşinci nəsil raketlər sırasına aiddir. "Sarmat" raketdən müdafiə sistemlərindən "gizlənmək" imkanına malikdir. Rusiya 2018-ci ildə bu raketi silahlanmaya qəbul etmək niyyətindədir.

Moskva həmçinin 2020-ci ilə qədər bütün P-36 "Satana" raketlərini "Sarmat"la əvəz etmək istəyir.

Tarix
2017.10.23 / 15:09
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla