Yuxarı

Suriya savaşının başlama səbəbi: Əsəddən nə tələb edilmişdi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərin Yaxın Şərqdə Körfəz ölkələri tərəfindən sanksiyalara məruz qalması məsələnin kökündə daha vacib amillərin durduğunu deməyə əsas verir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. O bildirib ki, Təmim bin Həmad əs-Saninin 2013-cü ildə Qətər əmiri olmasından sonra ölkənin İranla ənənəvi düşmənçilik münasibətlərinə son qoyuldu, Qətər hətta bu ölkə üzərindən sanksiyaların götürülməsinin tərəfdarı kimi çıxış etməyə başladı ki, bu da onun Səudiyyə ilə münasibətlərini kəskinləşdirdi:

"Suriya münaqişəsinin səbəblərindən biri də Qətərin bu ölkədən Avropaya təbii qaz xətti çəkmək planı ilə bağlı olub.

Lakin İran və Rusiya özləri də qaz ixrac edən ölkələr olduğundan Avropa bazarına Qətər kimi güclü rəqibi buraxmamaq üçün Əsəddən bu qaz xəttinə mane olmağı tələb etdilər və nəticədə Suriyada müharibə qızışdı. Lakin sonradan İran və Rusiya ilə yaxınlaşan Qətər əvvəlki müttəfiqləri olan Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin sanksiyasına məruz qaldı. Bu müddətdə onu İran, Türkiyə, Rusiya tək buraxmadı".

Politoloq qeyd edib ki, görünən odur ki, ABŞ öz sıxılmış qaz ehtiyatlarını Avropa bazarına çıxarmaq üçün Körfəzdəki müttəfiqləri vasitəsilə Qətərə təzyiq göstərir:

"Çünki sanksiyalar Trampın Yaxın Şərq səfərindən dərhal sonra tətbiq edildi. Qətərin ABŞ-dan 12 milyardlıq silah almasından sonra iki ölkə arasında mülayimləşmə baş verdi, ABŞ sanksiya tətbiq edən ölkələrlə nəzərdə tutulan hərbi təlimləri təxirə saldı”.

Qeyd edək ki, Qətər böhranı iyunun 5-də yaranıb. Nəticədə Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terrorizmə dəstəkdə ittiham edərək, onunla əlaqələri kəsiblər.

Tarix
2017.10.29 / 00:13
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla