Yuxarı

Putin xahişinin səbəbini açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasından Ukraynaya ordu yeritməyə icazə verməsi üçün xahişinin Krım ətrafındakı hadisələrlə bağlı olduğunu bildirib.

Bunu Putin Vyanada mətbuat konfransında bildirib.

"Mən Federasiya Şurasında belə bir məktub təqdim etmişdim. Mənim belə bir qərar verilməsinə dair xahişim Krımda o zaman baş verən hadisələrlə bağlı olub. Mən o zaman Silahlı Qüvvələrin istifadə olunmasını istisna etmirdim", - deyə Putin bildirib.

"Allaha şükürlər olsun ki, Silahlı Qüvvələrdən istifadə olunmadı. Biz hətta Rusiya Silahlı Qüvvələrin Krımda beynəlxalq müqavilə ilə nəzərdə tutulmuş sayını belə artırmadıq", deyə Rusiya prezidenti qeyd edib.

Putin əlavə edib ki, Rusiya Krımda keçirilmiş referendum zamanı əhalinin seçim azadlığının təmin olunması üçün ordu qüvvələrindən istifadə edib. "Biz bunu Ukrayna ordusunun əhalinin seçim prosesinə mane olmasının qarşısını almaq üçün etmişdik", deyə o bildirib.

Martın 1-də Rusiya Federasiya Şurası Putinin ordunun Ukraynaya mümkün yeridilməsinə dair təklifini yekdilliklə dəstəkləyib.

İyunun 24-də Putin Federasiya Şurasına Ukrayna ərazisinə ordu yeritməyə dair icazəni ləğv etməyi təklif edib.

Federasiya Şurasının bu gün bu məsələyə dair qərar verəcəyi gözlənilir.

APA

Tarix
2014.06.25 / 08:56
Müəllif
Axar.az
Digər xəbərlər

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü - Video

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü

Rəfiyev Ukraynanın bərpası konfransına qatılacaq

Rusiyada həbs edilən azərbaycanlılarla bağlı yeni xəbər

Əliyevlə Paşinyanın görüşü niyə BƏƏ-də keçirilir?

Səbinə Əliyevadan bu cavabı gözləyirəm - Moskalkova

İlham Əliyev BƏƏ-də səfərdədir - Foto

Abu-Dabidə sülh olacaqmı? - Paşinyana qarşı 3 qüvvə birləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla