Yuxarı

Serbiya: Yaxşı ki, rus səfirin açıqlaması qısa oldu, yoxsa...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Belqraddakı səfiri Aleksandr Aleksandroviç Serbiya ilə Rusiya arasındakı əlaqələri pozmağa çalışır.

Axar.az xəbər verir ki, bunu Serbiya Xarici İşlər Nazirliyinin dövlət katibi İviça Tonçev jurnalistlərə açıqlamasında söyləyib.

"Mən Ukrayna Xarici İşlər Nazirliyinə və Ukrayna hökumətinə Aleksandroviçə bu cür davranışın yolverilməz olduğunu bildirmək üçün müraciət etmək istərdim. O, müsahibələrinin birində Belqradı Makedoniyada qeyri-stabillikdə, Monteneqroda dövlət çevrilişi təşkil etməkdə, Bosniya və Hersoqovinada separatizmin alovlandırılmasında ittiham edir. Yaxşı ki, müsahibə qısa alınmışdı. Yoxsa Aleksandroviç Serbiyanı İkinci Dünya müharibəsini də Moskva ilə əlbir olaraq başlamaqda ittiham edəcəkdi", – deyə Tonçev bildirib.

Qeyd edək ki, Ukraynanın Belqraddakı səfiri Aleksandr Aleksandroviç müsahibələrinin birində Serbiyanı Rusiyanın əlində alət olduğunu bildirmişdi.

Tarix
2017.11.03 / 18:10
Müəllif
Ülkər Həsənova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla