Yuxarı

Kosmosa ilk dəfə niyə Layka göndərildi? - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bu gün kosmosun ilk fəthini – Laykanın dünya orbitinə çıxmasının 60 illiyini qeyd edir.

Axar.az xəbər verir ki, Laykanın fotogenik xüsusiyyətləri və kosmik gəmidə daha az yer tutması onun kosmosu fəth edən ilk canlı kimi tarixdə qalmasına şərait yaradıb.

Layka, Belka və Strelka adlı itlərə Rusiya Elmlər Akademiyasının Biotibbi Çətinliklər İnstutunun bioloqu Adila Kotovskaya təlim keçib.

Bioloqun sözlərinə görə, kosmosun fəthi üçün xüsusən dişi itlər seçilib. Belə ki, dişilərin təbii ehtiyaclarını ödəmək üçün pəncələrini qaldırmağa ehtiyac görməməsi bu seçim zamanı vacib ünsür rolunu oynayıb.

Layka və digər itlər xüsusi proqram əsasında təlim görüb. Bu təlimlər zamanı onlara kosmik şəraitdən çəkinməmək, bir neçə santimetr en və uzunluğunda xüsusi kapsulu tərk etməmək öyrədilib. Onların kapsula öyrəşməsi üçün itlər ölçüsü mütəmadi olaraq kiçildilən xüsusi qəfəsdə saxlanılıb.

“Layka ilk kosmonavt oldu. Yalnız fizioloji səbəblərə görə deyil, həmçinin digərlərindən xüsusən sakit xarakteri ilə seçildiyi üçün... Yüksək bacarıqı və xaşagələn görüntüsü onu ictimaiyyət üçün bu qədər maraqlı bir fiqura çevirdi. Laykanın uçuşu zamanı bütün komandamız olduqca narahat idi. Onun ölümü isə hamımızı sarsıtdı”, - Kotovskaya deyib.

Xatırladaq ki, Layka, Belka və Strelka adlı itlər Sovet İttifaqı tərəfindən 3 noyabr 1957 və 19 avqust 1960-cı il tarixlərində kosmosa göndərilmişdir. Laykanın 1957-ci ildə kosmosa səfəri sovet alimlərinə kosmik gəminin tikintisində olan çatışmazlıqları aşkarlamağa və sonra orbitə daha 2 iti göndərməyə imkan verib. Layka böyük ehtimalla R-7 raketi ilə itin olduğu bölmənin ayrılması zamanı meydana gələn bir qəza nəticəsində temperaturun həddən artıq yüksəlməsi ilə uçuşdan sonrakı bir neçə saat ərzində həyatını itirib.

Tarix
2017.11.04 / 00:47
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla